ulduz fali

Günün ulduz falı (01.07.12)

QOÇ
Günün birinci yarısında ehtiyatlı olmalısınız. Çünki bu zaman kəsiyində fəsadları ağır ola biləcək səhvlərə yol vermək ehtimalı var. Yaxınlarınızla mübahisə etməyin, şəxsi fikrinizi özünüz üçün saxlayın. Günün ikinci yarısında isə gəliriniz olacaq.
BUĞA
Gün çətinliklərdən sığortalanmayıb. Ancaq siz yenə də ən çətin məqamlarda yaxşı tərəfləri görə biləcəksiniz. Yeni tanışlıq üçün münasib gündür. Qarşınıza qoyduğunuz məqsədə çatmaqda ətrafınızdakılar yardımçı olacaq.
ƏKIZLƏR
Əhvalınız sabit olmayacaq. Yükünüz nə qədər çoxalsa da, özünüzü yorğun hiss etməyəcəksiniz. Dostlarla mübahisə edəcəyiniz ehtimal olunur. Artıq kəlmələr işlədəcəksiniz, amma zamanında da yumora əl atmağı, söhbəti zarafata salmağı bacaracaqsınız.
XƏRÇƏNG
Bir çox işlərinizin məhsuldar olacağı gözlənilir. Nikbin ruhdasınız. Bu səbəbdən də ətrafdakıların rəğbətini qazanacaqsınız. Şənlənmək, dostlarla vaxt keçirmək olar. Gün həm də dövlət orqanlarının nümayəndələrilə əlaqə yaratmaq baxımından əlverişlidir.
ŞIR
Bu gün uzunmüddətli planlar qurmaq olar, çünki onların reallaşmaq ehtimalı böyükdür. Əks cinsin nümayəndələrindən gördüyünüz maraq və diqqət sizə müsbət təsir göstərəcək. Ehtimal ki, qiymətli hədiyyələr alacaqsınız.
QIZ
Bu gününüzdən şikayət etməyəcəksiniz. Istənilən işdən böyük həvəslə yapışacaqsınız, darıxmağa vaxtınız olmayacaq. Evdə dəyişiklik aparmaq üçün münasib zamandır. Sevdiyiniz şəxs gözlənilməz təklif edəcək, siz də rədd cavabı verə bilməyəcəksiniz.
TƏıRƏZI
Günün hadisələrinin inkişafı sizin ətrafdakılarla qurduğunuz münasibətlərdən asılı olacaq. Bəziləri sizin üçün ali məqsədlərdən öz maraqları üçün sui-istifadə edəcək. Yalnız lazım olanları alın, pulu sağa-sola səpələməyin.
ƏQRƏB
Gələcəyə nikbin baxırsınız. Ehtimal ki, maraqlı görüşləriniz olacaq. Bu görüşlərdən biri də məşhur adamlardan birilə baş tutacaq. Ulduzlar vacib olanları almağı tövsiyə edir. Yaxınlara baş çəkmək baxımından da gün münasibdir.
OXATAN
Çox məhsuldar gündür. Sövdələşmə, alış-veriş üçün də münasib gündür. Ehtimal ki, romantik bağlantı olacaq. Istənilən işə həvəslə girişsəniz, nəticələr uğurlu olacaq. Hətta ətrafdakılar sizə həsəd aparacaqlar.
OĞLAQ
Sakit, komfortlu gündür. Sizi bu gün heç nə və heç kim narahat etməyəcək. Gündəlik işlərin öhdəsindən yaxşı gələcəksiniz. Şəhərdən kənar gəzinti ürəyinizcə olacaq. Gün romantik görüş üçün də əlverişlidir. Ulduzlar bildirir ki, artıq əşyalardan qurtulmaq zamanıdır.
DOLÇA
Işləriniz qaydasında olacaq, ancaq arada əhvalınız dəyişəcək. Bəzən şıltaqlıq nümayiş etdirəcəksiniz. Günün ikinci yarısında gözləmədiyiniz qonaqlarınız ola bilər. Uğurlu alış-verişiniz olacaq. Ulduzlar əntiq əşya almağı məsləhət görür.
BALIQLAR
Gərgin, yorucu, əsəbi, çətin gündür. Ailə-məişət problemlərinin həllilə məşğul olacaqsınız. Bu gün zədələnmək ehtimalı da böyükdür deyə, ehtiyatlı olmağınız məsləhətdir. Idmanın ekstreminal növü ilə məşğul olmaq, riskə getmək yerinə düşməz.