Vidadi Isgəndərliyə beynəlxalq dəstək

Frontline Defenders hüquq müdafiəçilərinin qorunması üzrə beynəlxalq koalisiya 2011-ci ildən həbsdə olan hüquq müdafiəçisi və vəkil Vidadi Isgəndərlinin səhhətinin pisləşməsi ilə bağlı məlumatlardan narahatdır.
O, şəkərli diabet, yüksək qan təzyiqi, böyrək xəstəliyi və allergiyadan əziyyət çəkir. Həbsdə saxlanma şəraiti pisdir, tibbi yardım lazımi qaydada göstərilmir.
V.Isgəndərli saxlandığı həbsxana Qızıldaşda daş karxanasının yaxınlığında yerləşir və bu da onun durumunu ağırlaşdırır. “Biz hüquq müdafiəçisinin dərhal və şərtsiz azadlığa buraxılmasına, onun barəsində hökmün dəyişdirilməsinə çağırırıq”, -bəyanatda vurğulanır.