Portuqaliya milli komandası “EURO 2012” ilə yarımfinalda vidalaşdığı zaman Ronaldonu Ukraynada unudub. Məlumata görə, Donetsk hava limanında kofe almağa gedən Kristiano Ronaldo geri qayıdanda sürprizlə qarşılaşıb – komandanı aparan təyyarənin onu gözləmədən havaya qalxdığını görüb.
Ronaldonun təyyarədə olmadığı uzun müddət hiss olunmayıb. Bir müddət sonra Ronaldonun salonda olmadığını görən baş məşqçi Paulo Bento təyyarəni geri qaytarıb. Ronaldo bu səhlənkarlığa görə Donetsk hava limanında bir neçə saat vaxtını itirməli olub.