Son 3 həftə ərzində fasilələrlə “Azadlıq” qəzetinin saytına növbəti haker hücumları olub. Bu dəfə qeydə alınan hücum ardı kəsilməyən “SYN flooding” deyilən hücum növüdür. Serverdən aldığımız məlumata görə, saytı bu hücumdan qorumaq mümkün olsa da, bu cür hücumlar serverin fəaliyyətinə və onun infrtastrukturuna zərbə vura bilir. Hal-hazırda hücumun detalları araşdırılır. Hücumun konkret ünvanı müəyyənləşdirilib zəruri tədbirlər görüləcək.

“Azadlıq”ın saytına yenə hücum olub
•