Morninqstar Azərbaycanda səfir vəzifəsinə təsdiqləndi

ABŞ Senatının iyunun 29-da keçirilmiş ümumi yığıncağında Riçard Morninqstarın ABŞ-ın Azərbaycanda səfiri postuna namizədliyi təsdiqləyib. Senatın rəsmi saytında yer alan məlumata görə, R.Morninqstarla yanaşı, ABŞ-ın daha 10 ölkədə səfiri təsdiqlənib.

Prosedura görə, namizədliyi Senat tərəfindən təsdiqlənən səfir ABŞ Dövlət Departamentində and içdikdən sonra təyinat aldığı ölkəyə yollanır.

R. Morninqstarın yaxın həftələrdə Azərbaycana gələcəyi gözlənilir.

ABŞ prezident Barak Obama bu il aprelin sonunda Dövlət Departamentinin Avrasiyada enerji məsələləri üzrə xüsusi nümayəndəsi R.Morninstarın Azərbaycanda səfiri postuna namizədliyini irəli sürüb. ABŞ Senatının xarici əlaqələr komitəsi iyunun 19-da bu namizədliyi bəyənib.