gedebey-rayon

Gədəbəydə iş adamı ölümlə hədələnir

gedebey-rayonRayonda reportaj hazırlayan jurnalisti iş adamı ilə birlikdə bir sutka polisdə saxladılar

Gədəbəy polisi yerli iş adamı Əli Abdullayevi və “Yeni Müsavat” qəzetinin əməkdaşı Elşən Balaxanlını iyunun 28-də bütün günü polis şöbəsində saxlayıb.
Bu haqda “Turan”a KXCP sədrinin müavini Xəzər Teyyub bildirib.  O, Ə.Abdullayevin mülkiyyətinin bu ilin mayında əsassız dağıdılığını, jurnalistin isə bu məsələ ilə bağlı məqalə hazırlamaq üçün rayona getdiyini bildirib. Onun sözlərinə görə, iş adamının dağıdılan mülkiyyətini mütəxəssislər 600 min manat həcmində dəyərləndiriblər. Rayon hakimiyyəti iş adamına kompensasiya ödəyəcəyini vəd verib. Sonradan bu vədə nəinki əməl olunmayıb, əksinə mal-mülkündən olan iş adamı kompensasiya tələb etdiyinə görə rayon  rəhbərliyi tərəfindən ölüm hədə-qorxusuna məruz qalıb.
Iyunun 28-də isə iş adamı və E.Balaxanılı polisə aparılıb. Yalnız gecə saatlarında sərbəst buraxılıblar.
X.Teyyub polisin bu addımını söz azadlığını kobud şəkildə pozması, jurnalistin peşə borcunu yerinə yetirməyə mane olması, rayon rəhbərliyinin özbaşınalığı kimi dəyərləndirib. Sədr müavini Ə.Abdullayevin saxlanmasını həm də onun həbsinə cəhd adlandırıb. O, rayon rəhbərliyini belə qanunsuz əməllərədən çəkinməyə, əmlak itkisinə görə iş adamına ədalətli kompensasiya ödəməyə çağırıb.