Türkiyədə “İphone 5” çıxdı. “Apple”ın xəbəri yox

Türkiyədə Çindən qaçaqmal olaraq gətirilən 14 min 566 ədəd telefon müsadirə edilib. Reklamı iki televiziya kanalından aparılan telefonları gətirən 6 nəfərlik cinayət şəbəkəsi ifşa edilib. Köhnə telefonlardan klonlaşdırılmış İMEİ nömrələr yeni telefonlara  yerləşdirilib.

Qaçaqmalın içində “İphone 5” markalı telefonların olması da diqqətdən yayınmayıb. İstehsalçısı “Apple” şirkəti tərəfindən hələ dünya bazarına çıxarılmayan  telefonlar Türkiyədə peyda olub. “Apple”ın müsadirə edilən “İphone 5”lərlə bağlı heç bir məlumatı yoxdur.

azadliq.info