Ştrasser bizimlədir, biz də Ştrasserlə bir olaq

Dostlar mənə rayonlardan zəng vurur, Ştrasserlə bağlı kəskin qınaq yazısı yazmağımı istəyirdilər. Onlar bir çoxları kimi Ştrasserin də satıldığını düşünürdülər. Nəyə görəsə mən Ştrasserin satıldığına inanmır, bina görə işin sonunu gözləyirdim. Demək olar, işin sonuna vardıq: Ştrasser sonadək sözünün üstündə durdu; onun Azərbaycanla bağlı çıxışı22-yə qarşı 26 səs çoxluöu ilə keçərli oldu. Leyla Yunus başda olmaqla bir sıra satılmamış hökumətdən ayrı qurumların, satılmamış müxalifətin çalışmaları uğurlu sonuca gətirdi. Alqışlar! Əliyevçi ALTERNATIVdən iraq bir kinoda deyildiyi kimi: sükanı belə saxla!!
Oğru, korrupsioner Əliyevlər hakimiyyəti Ştrasserin, onunla birlikdə Azərbaycan demokratiyasının uduzmasıüçün çox çalışdı, çox pullar səpələdi, alınmadı. Demokratiya uddu, biz udduq. Ancaq, bəlli olduğu kimi, bu uduş yarımçıq uduşdur. Ştrasserin özünün də dediyi kimi, başlıca savaş qarşıda, AŞ PA-nın payız sessiyasında olacaq. Ştrasserin o savaşa bütün gücü ilə yükləndiyi açıq görünür – o bunu gizlətmir də. Bu isə bizim hamımıza – Azərbaycanın demokratikləşməyi uğrunda çalışanlara, çarpışma aparanlara ismarış-mesaj deməkdir. Arada iki aylıq isti yay olsa da, biz Ştrasserlə birgə, ondan qat-qat artıq AŞ PA-nın payız sessiyasında gözlənilən savaşa yüklənməliyik. Özü də sözdə yox, işdə. Hamılıqla bilməliyik: rejim indiki uğursuzluğunu uduşa çevirmək üçün milyonlardan keçəcək, istər içdə, istər dışda indiyədək satın ala bilmədiklərini də satın almağa çalışacaq. Biz yalnız gərgin çalışmalar, üstün aktivliklə indiki uğurun üzərinə daha bir uğur gətirə bilərik.
Ştrasser BBC radiosuna intervüsündə onun çıxışına qarşı səs verənlərlə bağlı bildirib: “o deputatlar təkcə siyasi deyil, eləcə də başqa maraqlara görə belə addım atıblar”. Leyla Yunusun, bir sıra satılmamış avropalının çıxışlarından da göründüyü kimi, “belə addım atanlar” əliyevçi hakimiyyətlə korrupsiya ilişkisində bulunanlar, onların yandaşlarıdır. Biz o adamlara demokratik basqı yollarını aramalı, onları DIKTATURAYA yardım yoldan çəkindirməyə çalışmalıyıq.
Ştrasser ayrıca oaraq bizim hamımızın yaxşı tanıdıöımız Mövlud Çavuşoğlunun – bu əliyevçi korrupsioner rejim qulluqçusunun adını çəkir. Onun, eləcə də Türkiyə Dış Işləri Baxanlığının Əliyevlər hakimiyyətini qorumaq yolundakı çalışmalarından danışır. Kimlərsə burada bir provakasiya elementi axtara bilər. Ancaq mən AŞ PA sessiyalarının stenoqramları ilə tanış birisi olaraq bildirirəm: Movlud Çavuşoğlu, Məcid Mərcan, Mustafa Qabaqçıbaşda olmaqla türkiyəli deputatlar indiyədək özlərini yalnız əliyevçi rejim yandaşları olaraq göstəriblər. Çavuşoğlu başda olmaqla türkiyəli deputatların AŞ PA-nın payız sessiyasında da Azərbaycan xalqının deyil, Azərbaycan xalqına düşmən əliyevçi rejimin yanında olacağı, əliyevçi rejimə arxadaşlıq edəcəyi quşqusuzdur. Bu baxımdan payız sessiyasınadək Türkiyə toplumuna da, Ərdoöan-Gül hökumətinə də gərəkən mesajlarımızıgöndərməli, onlarıDIKTATURAYA yardım yolundan çəkindirməyə çalışmalıyıq.