Hazırda ölkədə olmadığım üçün məmləkətdə baş verən hadisələrdən internet vasitəsilə xəbər tuturam. Təəssüf ki, hara getsək Vətəndə baş verən ədalətsizliklər, bəd xəbərlər də bizimlə yol yoldaşı olur. Qəzet saytlarından öyrəndim ki, iyunun 21-i “Tolişi Sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovu narkotik saxlama ittihamıilə həbs ediblər, iyunun 22-si isə 2 aprel 2011-ci il mitinqinə gğrə həbs edilən 9 nəfəri azadlığa buraxıblar. Bir nəfəri həbs edib, doqquz nəfəri azad etmək hökumətin yeni həbs etdiyi vətəndaşına verdiyi dəyərdir. Hökumət demək istəyir ki, ey yeni həbs olunan vətəndaş, sən 9 oğula bərabərsən, azadlıqda gəzməyin çox təhlükəlidir. Amma nəzərə alsaq ki, 2 aprel mitinqinə gğrə həbs edilənlər də hər biri min oğula bərabər idi, onda, Hilal Məmmədovun necə OĞUL olduğunu hökumət bir də düşünsün.
Sokratın məşhur bir sözü var: “Danış, səni tanıyım”. Qoy Sokratın ruhu məndən inciməsin, daha danışmaqla insanları tanımaq olmur. Məncə, indi “şəklini mənə göstər, səni tanıyım” demək lazımdır. Hilal Məmmədovu həbs edənlər əvvəlcə onun, sonra da özlərinin şəkillərinə baxsınlar. Yeri gəlmişkən, bağçamdakı güllərə qulluq edən qohumum mənə zəng edib, həyəcanla dedi ki, bağçada sarıgüllər açan bir kol var, yarpaqlarından şübhələnirəm, narkotik gül yarpağına bənzəyir. Icazə ver, o kolu çıxardıb basdırım, yoxsa bağçaya baxan deyiləm. Mən gülüb dedim ki, basdırma, yandır. Axığlkəmizdə nəşə kolunu şanlı polislərimiz hamının gözü qabağında yandırırlar. Qanunlara əməl etmək lazımdır. Gğrünür, mən ğlkəyə qayıdana kimi gülləri, ağacları tanımayan “bağban” bağçamda bir quru ot da qoymayacaq, hamsınıyandıracaq. Neyləsin, ğlkəmizdə ətirli gül, meyvə ağaclarıəkənlərə narkoman deyildiyini, marixuana plantasiyalarıolanlara orden-medallar verildiyini qarışqalar, kəpənəklər, arılar da bilir.
Türk şairi Cevat Çapan, K. Kavafisın məşhur “Şehir” şeirini sanki ğlkəni müvəqqəti tərk edənlərə dağ çəkmək üçün tərcümə edib: “Nereye gitsen, yeni bir ülke bulamazsın, başka bir deniz bulamazsın. Bu şehir arkandan gelecektir…”. Əcəba, hara getsək, harda olsaq, bizə rahatlıq olmayacağını bir yunan şairi illər ğncə hardan bilirdi?.. Bilmirəm nədəndir, dünyadakı bütün faciəvi, ağrı-acılıəsərlərin hamısının Azərbaycana həsr olunduğunu düşünürəm.
Bu ilin may göz yaşı hesabına varlananların “Haray” nəyinə lazımdır? Onlar 9 milyonun ah-naləsini eşitmirlər, bir nəfərin harayını necə hiss edə bilərlər? “Haray”ın yaranma tarixi haqqında rəssamın yazdığıfikirlər də çox maraqlıdır: “Qürub olan zaman iki dostum ilə yolda gəzirdim. Birdən səma qan kimi qırmızı rəngə dğndü. Mən dayandım və ğzümü inanılmaz yorğun hiss edib çəpərə sğykəndim. Atəşin dilləri və qan göyümtül qara fiord üzərində yayılırdılar. Dostlarım qabağa getdilər, mən isə qorxudan titrəyərək arxada qaldım. O an mən təbiətin nəhəng və nəhayətsiz qışqırığını, harayını eşitdim. Mən son dərəcə gərgin vəziyyətdə idim, təbiət qanımda qışqırırdı. Bundan sonra mən bir daha sevmək arzusunu itirdim”.
Sevmək arzusunu itirmək faciədir. Çünki sevməyənlər, sevməyi bacarmayanlar həmişə gərgindirlər, həyəcanlıdırlar, adi bir yer silkələnməsindən də qorxurlar. Onlara elə gəlir ki, tezliklə dəhşətli aclıq, susuzluq başlayacaq. Ona gğrə min ilin azuqəsini yığsalar da gğzləri doymur. Ilahi sevginin nə olduğunu bilməyənlər ancaq ğzlərini və ğzlərindən tğrəyənləri qoruyurlar, onların üstündə əsirlər. Allahıunudub, onun verdiyi nemətlər üstündə əsməyi ancaq içiboş-başıboş bəndələr edər. Və çox təəssüf ki, onların sayısürətlə artır. Sevgidən ac olanların gözü heç nədən doymur: nə mal-dğvlətdən, nə də başqalarına acı verməkdən. Amma onlar bilmirlər ki, sevən adamın içində acgğzlük, kin, nifrət, paxıllıq olmur. Içində sevgi olmayanlara elə gəlir ki, onlar xilaskardırlar, dahidirlər. Buna görə də hamı onları sevməlidir. Dünyanı, insanları sevmək hissindən uzaq olanlar bir ömürdə o qədər YÜK yığırlar ki, təyyarə ilə uçanda da gözləri yerdə olur. Sevənlərin isə heç vaxt yükü olmur. Onlar quş kimi özlərini yüngül, azad hiss edirlər. Elə yeyib-içdikləri də quş kimi olur. Sevməyi bacaranlar, o gözəl hissi yaşayanlar son nəfəslərində də hər şeyin yaxşıolacağına inanırlar, mələk kimi dünyadan köçürlər.
E.Munk 29 yaşında təbiət hadisəsi nəticəsində sevmək hissini itirib və sonra 50 il yaşasa da sevgiyə aid əsərlər çəkə bilməyib. Yaxşı olar ki, sevgidən məhrum olanlar dahi rəssamın “Ölüm xəstənin otağında”, “Həyatın rəqsi”, “Xortdan”, “Xəstə uşaq”, ümumiyyətlə, “Haray”dan sonra çəkdiyi bütün əsərlərə baxıb gələcək talelərini görsünlər. Rəssamlıqdan başı çıxmayan adam da anlayar ki, Munk 50 il əzab çəkib, çünki sevgi arzusundan məhrum olduğu üçün hər yerdə xəstəlik, ölüm, xortdan görüb. Əminliklə deyə bilərəm ki, “Haray” faciəsini yaşamamışdan öncə rəssama sevgi hissini itirəcəyini, ağır itkiyə görə ona 120 milyon dollar veriləcəyini desəydilər, Munk sevgini seçərdi. Çünki dünyaya niyə gəldiyini dərk etmək, həyatdan zövq almaq üçün SAF SEVGIdən başqa heç nə insana kömək etmir, hətta milyonlar da… P.S. Bu köşəmdə sevgidən çox yazdım. Ölkəyə qayıdanda məni sevgiyə görə həbs etsələr, heç kim təəccübləməsin. Zatən, ölkəmizdə ancaq SEVGIdən danışanlar üçün məhkəmə qurulur…

Sevgi, yoxsa milyonlar?
•