Əldən verilmiş tarixi şans

Bayrakları bayrak yapan üstündeki kandır
Toprak, əgər uörunda ölən varsa, vatandır.
Mithat Cemal Kuntay
Əlahəzrət TARIX var, hərb yolu ilə əldən verilmiş torpaqlar yalnız hərb yolu ilə də geri qaytarılır. 20 ildir bu xalqa moizə oxunur ki, işöaldakı vətən torpaqları sülh yolu ilə – danışıqlar vasitəsi ilə geri alınacaq. Masa arxasında çənə yormaqla sülhə nail olacaöımıza inananlar yanılırlar, işğaldakı torpaqların geri alınması üçün bir yol var və o yolun da adı MÜHARIBƏDIR.
Kimsə müharibəyə çağırışa görə qınamasın, əlim silah tutmaq iqtidarındadır, oğlumun da yaşı hərbi paltar geyinməyə imkan verir. Məsləkim belə müharibəni qeyd-şərtsiz rədd etsə də, müharibənin bütün fəsadlarını anlasam da, düşmən tapdağında qalan vətən torpaqlarının fəryadı bir vətəndaş olaraq, bir türk olaraq içimi dağıdır.
Doğrudur, müharibə yüzlərlə, minlərlə, lap belə on minlərlə soydaşımızın ömrünə son qoya bilər. Müharibə kəndləri, şəhərləri dağıda bilər. Fəqət, müharibə erməni əsirliyindəki torpaqları azad edəcək, Azərbaycanı bütövləşdirəcək.
Razılaşın, bugünkü Azərbaycan 15-20 il əvvəlki Azərbaycan deyil. Bu gün bütün parametrlərə rəğmən düşməndən güclüyük. Hərbə ayırdığımız vəsait az qala Ermənistanın bir illik büdcəsinə bərabərdir. Ölkə prezidenti, başqa görəv sahibləri bu faktı öyünərək bəyan etmirmi? Yaxınlarda Israildən 1,5 milyard dollarlıq silah-sursat almadıqmı?
Iqtisadi gücümüz, hərbi qüdrətimiz düşməndən qat-qat üstündürsə, ATƏT-in Minsk qrupu adlanan yaramaz, yarıtmaz və qısır bir təşkilatın 20 illik fəaliyyətinin beş qara qəpiklik faydası yoxdursa və bir də əli silah tutmağa yararlı kişilərimizin sayı Ermənistanın cümlə əhalisinin sayından çoxdursa, nədən məğlub durumumuzla barışıb ömrümüzü qürursuz yaşamaqla başa vurmalıyıq? Nədən gələcək nəsillər gorumuzu söyməlidir? Və hansı haqla vətənin torpaq dərdini gələcək nəsillərin çiyninə yükləməliyik?
Xalqın boğazından kəsib silah-sursat alanlar bu barədə ciddi düşünməlidir. Telekanalları şit şoularla dolduranlar, rüşvət və korrupsiyanı çiçəkləndirənlər, gülbalalarının altına yüzminlik maşınlar qoyanlar, Azərbaycan sərvətlərini hərraca çıxaranlar bunu düşünməlidir.
“Müharibədə kişilər öləcək, uşaqlar yetim qalacaq”- deyib, haray-həşir salanlardan xəbər alıram, nə vaxta qədər vətən yaralı, Azərbaycan türkü düşmən qarşısında gözükölgəli qalacaq? Əlimizə düşmüş bu tarixi şansı- MILLƏT olmaq şansını qaçırmaq olmaz. Gerçək qürurun nə olduöunu bu xalqa anlatmağın tam zamanıdır.
Iqtisadi, hərbi gücümüz yetərlidirsə, kimdən qorxmalıyıq? Iranla, Rusiya ilə, ABŞ-la kəllə-kəlləyə gəlirik ki, qorxaq geri çəkilək?
Biz kimdən, nədən qorxuruq ki, Ermənistanla silah gücü ilə danışa bilmirik?
Israildən? Israil dostumuzdur. Olmasaydı, bir milyard beş yüz milyon dollarlıq silahıbizə satardı?
Rusiyadan qorxuruq? Rusiya da bizim dostumuzdur. Düşmənimiz olsaydı, bu gün Azərbaycanıidarə edənlərin əksəriyyətinin yaxasında Rusiyanın ali ordenləri olmazdı.
Bəlkə ABŞ-dan qorxuruq? ABŞ da bizim müttəfiqimizdir. Rəsmi Vaşinqton dəfələrlə bunu bəyan edib.
O zaman bu iqtidar nədən qorxur ki, düşmənin burnunu əzib torpaqlarımızı geri ala bilmir? Bəlkə var-dövlətin, vəzifənin əldən gedəcəyindən qorxurlar? Bu suala da cavabı səndən gözləyirəm, dəyərli oxucu.