kerem-yaver

Yavər Camalovla Kərəm Həsənov arasında əmlak davası

kerem-yaverNazir komitə sədrini rəhbərlik etdiyi qurumun balansındakı zavodları satmaqda suçlayır

Müdafiə sənayesi naziri Yavər Camalovla əmlak məsələləri üzrə dövlət komitəsinin sədri Kərəm Həsənov arasında qarşıdurma yaranıb. Məlumatlara görə, adıçəkilən məmurların üz-üzə gəlməsinin kökündə Müdafiə Sənayesi Nazirliyinə məxsus olan əmlakın Kərəm Həsənov tərəfindən özələşdirməyə çıxarılaraq fiziki şəxslərə satılmasıdır. Yavər Camalov bu məsələdən xəbər tutduqdan sonra Kərəm Həsənovdan əmlakın geri qaytarılmasını tələb edib.  
Məlumatlarda deyilir ki, Yavər Camalov rəhbərlik etdiyi nazirliyin əmlakını geri almaqda israrlı olsa da, hələ ki, müsbət nəticə əldə edə bilməyib. Nazir hətta bunula bağlı məhkəməyə də müraciət edib. Yavər Camalov konkret olaraq “Xaçmaz Kondensator Zavodu” MMC-nin torpaq sahələrinin satılması ilə bağlı həm alıcılara, həm də Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə qarşı 2 saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsində iddia qaldırıb. Lakin iddası təmin olunmayıb.
Onun iddiasının təmin olunmaması Kərəm Həsənovun bu savaşda daha güclü olduğunu göstərir. Lakin Yavər Camalov da geri çəkilmək niyyətində deyil. Iş hazırda Apellyasiya Məhkəməsindədir.

Hikmət