«Wikileaks»in yaradıcısı Julian Assancın həyatından bəhs edən bədii film çəkiləcək. Xəbəri “Daily Telegraph” yayıb.
Assancın uşaqlığından, ta Londonda yaşadığı günləri əhatə edən film 3 bölümdən ibarət olacaq. Filmin prodüseri Jan Kruqer «WikiLeaks» yaradıcısının «diqital dövrün Robin Qudu olaraq» tanındığını söyləyib.
Filmi Almaniyanın “Port-au-Prince Film” studiyası çəkəcək. Çəkilişlərin 2013-cü ilin yayına planlaşdırıldığı bildirilir (“Azadlıq” radiosu).