BMT və Ərəb Liqası dövlətlərinin Suriya üzrə xüsusi təmsilçisi Kofi Annan Suriyada zorakılığı dayandırmaq məqsədilə həftə sonu İsveçrənin Cenevrə şəhərində konfrans keçirəcək.
Annanın dəvətini qəbul edən Rusiya Xarici İşlər naziri Lavrov keçirilən mətbuat konfransında Suriyaya qarşı heç bir hərbi müdaxiləni dəstəkləməyəcəyini bildirib. Lavrov konfransa İranın dəvət edilməməsindən də narazı olduğunu deyib.
Lavrovun fikrincə Suriya Liviya senarisini təkrarlamağa ehtiyac yoxdur. “Ən azı bu vaxta qədər görüşdüyümüz NATO ölkələri və digər ölkələrdən Suriyaya hərbi müdaxilə ilə bağlı heç nə eşitməmişik”.
azadliq.info


