İsaxan Aşurovla vida mərasimində “Qara paltarlı qadın”

İyunun 28-də mərhum hüquqşünas, ictimai-siyasi xadim İsaxan Aşurov doğulduğu kənddə – Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində dəfn olunub. Dəfn mərasimində İsaxan Aşurovun yaxınları, dostları, həmkarları, siyasətçilər, jurnalistlər iştirak ediblər.
Vida mərasimində çıxış edən siyasətçilər Hikmət Hacızadə, Sülhəddin Əkbər, Gülağa Aslanlı, Tofiq Yaqublu, hüquqşünas Adil İsmayılov, Gürcüstan parlamentinin azərbaycanlı deputatı Azər Süleymanov İsaxan Aşurovun keçdiyi həyat yolundan, onun demokratiya uğrunda mübarizəsindən danışıblar. Natiqlər İsaxan Aşurovu peşəkar hüquqşünas, ləyaqətli, şərəfli həyat yaşamış səmimi bir insan kimi xarakterizə ediblər.
Mərasimdə həmçinin, mərhumun vəsiyyətinə uyğun olaraq  şair Ramiz Rövşənin “Qara paltarlı qadın” şeiri oxunub (media forum).