Rusiyanın Kareliya əyalətində Su-17 qırıcı təyyarəsi qəzaya uğrayıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə Petrozavod ərazisində “Besoves” aeroportunda baş verib və qəzaya uğrayan nəhəng qırırcı hərbi təlim təyyarəsi olub. Qəza nəticəsində hər iki pilotun sağ olduğu bildirilir.
Rusiya Hərbi Hava Qüvvələrinin polkovniki Vladimir Dirikin sözlərinə görə, təyyarə hava kəşfiyyatı üçün planlaşdırılmış uçuş edib və eniş edərkən qəzaya uğrayıb. Pilotlar təyyarədən katapult edərək sağ qalıblar.
Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, təyyarədə silah-sursat olmayıb. Qırıcının “Besoves”də yerləşən 159-cu qvardiya alayına aid olması ehtimal olunur.