Tacikistan prezidenti Emomali Rahmon iyulun 12-də Azərbaycana rəsmi səfər edəcək. Tacikistanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, səfərin əsas məqsədi ikitərəfli münasibətlərin daha da gücləndirilməsidir. E. Rahmon səfər çərçivəsində Azərbaycan rəsmiləri ilə görüşlər keçirəcək.
Səfər iyulun 13-də başa çatacaq.