ulduz fali

Günün ulduz falı (28.06.12)

QOÇ
Emosional hərəkətlərlə düşünülməmiş addımlar atırsınız. Işdə konflikt düşəcəyi və sizin müttəfiqlərinizi itirəcəyiniz ehtimalı da var. Yeni tanışlıq üçün bu gün münasib zaman deyil. Bu gün hiylə işlətmək, fitnələr uydurmaq olmaz.
BUĞA
Işgüzar addımlar, kommersiya ilə məşğul olmaq üçün münasib gün deyil. Çünki bu gün siz yaddaşsızlıq ucbatından yardım vəd etdiyiniz adamın qarşısında pis vəziyyətə düşəcəksiniz. Ehtimal ki, təhsildə də problemləriniz olacaq.
ƏKIZLƏR
Bu gün işgüzarlıq baxımından fəal olacaqsınız. Siz nikbin olmaqla yanaşı, yaradıcılıq və fəallıq göstərməklə çox işlərin öhdəsindən gələcəksiniz. Bütün bunlara baxmayaraq, bəzi “Əkizlər” özlərini narahat hiss edəcəklər.
XƏRÇƏNG
“Xərçəng”lərin sakitliyə ehtiyacı var. Əgər bürcün nümayəndələrini heç bir məsələ narahat etməsə, onlar yaxşı gün keçirə bilərlər. Bürcün bəzi nümayəndələri buraxdıqları səhvləri düzəldəcəklər. Eyni zamanda, gün incik saldığınız adamdan üzr istəmək üçün münasibdir.
ŞIR
Gün istənilən işə diqqət və ehtiyatlılıq tələb edir. Yaxşı olar ki, ətrafdakılarla aranızdakı münasibətləri analiz edəsiniz. Yalnız düzgün nəticə sizi qələbəyə doğru apara bilər. Ehtimal ki, maraqlı təklif alacaqsınız. Darıxdığınız adamla görüş də gözlənilir
QIZ
Çətinliklər ən az ehtimal etdiyiniz yerdə özünü biruzə verəcək. Işdə ciddi problemlər ola bilər. Yaranmış situasiyanı yoluna qoymaq üçün böyük səy göstərəcəksiniz. Vacib qərarı məsləhət gözləmədən verin. Bu gün sövdələşmələr aparmayın.
TƏRƏZI
Gününüz kifayət qədər uğurlu olacaq. Çox uzaq gələcəyi düşünmək zamanı deyil, sadəcə, gündəlik işlərə diqqətinizi yönəldin. Düşünülməmiş addım atmayın. Bu gün istənilən riskli hərəkət böyük çətinliklər gətirə bilər.
ƏQRƏB
Görüş təyin etmək üçün münasib gündür. Bu gün asanlıqla müttəfiq tapacaqsınız. Təəssüf ki, şəxsi müstəvidə bir sıra problemləriniz çıxacaq. Siz güzəştə getməyəcəksiniz. Xırda anlaşılmazlıqlar böyük konfliktə yol açacaq. Alış-veriş üçün münasib gün deyil.
OXATAN
Həyat tonusunun yüksəldiyi hiss olunacaq. Bürcün nümayəndələri özlərini enerjili hiss etməklə bu günə qədər onları narahat edən məsələləri asanlıqla həll edəcəklər. Sizdən yardım gözləyən adamı əliboş qaytarmayın. Ehtimal ki, gəlirli sövdələşmələrə imza atacaqsınız.
OĞLAQ
Gözlənilməz görüşlər ola bilər. Siz özünüzə aid olanla yanaşı, həm də başqalarının problemlərinin öhdəsindən gələcəksiniz. Bəziləri də bundan sui-istifadə edəcəklər. Bu gün qadınlarla ünsiyyətdə olmaq məsləhətdir, vacib informasiyalar alacaqsınız.
DOLÇA
Yaradıcılıq potensialınız yüksəkdir. Bu, sizin hər hərəkətinizdə özünü göstərəcək. Ətrafdakıları düzgün anlamaqla münaqişəli situasiyadan qaçmış olacaqsınız. Gün çox gəlir vəd edir.
BALIQLAR
Çox həssassınız. Bu, yaxınlarla münasibətdə gərginlik yaradacaq. Bu gün ciddi qərar verməyiniz məsləhət deyil. Böyük səy və diqqət tələb edən işlərlə məşğul olmaq məsləhət deyil. Xüsusilə də hesabat aparmaq üçün əlverişli gün deyil.