Balotelli alman maşınını “sındırdı”
İyunun 30-da futbol üzrə Avropa Çempionatının ikinci yarımfinal oyunu keçirilib. Bu yarımfinalda İtaliya və Almaniya milliləri qarşılaşıb.
Qarşılaşmadan 2:1 hesabı ilə İtaliya yığması qalib çıxıb. Qolları 20 və 36-cı dəqiqələrdə Balotelli vurub. İtaliya qarşılaşmanın son dəqiqələrinə qədər 2:0 hesablı üstünlüyünü qoruyub. Çempionatın finala çıxmağa ən real komnadası kimi görülən Almaniya bütün səylərə baxmayaraq Buffonun qapısına yol tapa bilməyib. Yalnız ikinci hissənin artırılmış ilk dəqiqəsində (90+1) qazanılan 11 metrlik cərimə zərbəsi ilə Özil komandasının təsəlli qolunu vurub.
Beləliklə, iyulun 1-də Kiyevdə keçiriləcək final oyununda İspaniya ilə İtaliya qarşılaşcaq.