“Azərbaycan hakimiyyəti Müsavat Partiyasının qurultayının keçirilməsi üçün müvafiq yer ayıracaq”. Bunu APA-ya açıqlamasında Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib.
PA rəsmisi Müsavat Partiyasının qurultayını Gürcüstanda keçirmək niyyətinə də münasibət bildirib: “Bu, Müsavatın piar kampaniyasıdır. Piar kampaniyası aparmaq da heç bir qanunla qadağan olunmur. İstədikləri kampaniyanı apara bilərlər”.


