Məni “Misirin xidmətkarı” və ya ilk uşağımın anası olaraq “Ümmü Əhməd” çağırın.
Misir prezidenti Məhəmməd Mursinin həyat yoldaşı Nəcla Mursi “first lady” ünvanını rədd edərək bunun əvəzinə “Misirin xidmətkarı” və ya ilk uşağının anası olaraq çağırıldığı “Ümmü Əhməd” ifadələrini seçib.
Nəcla Mursi islamın bir adını digər qadınlardan üstün tutmadığını qeyd edərək “Hamımız birlikdə Misir üçün çalışmalıyıq” deyib.
Prezidentin xanımı lazım olmadığı müddətcə mətbuat qarşısına çıxmaq istəmədiyini, qürurunu qoruyaraq sataşmalara cavab vermədiyini və bu cür diskussiyalara girməyi müsəlman şəxsiyyətinə yaraşdırmadığını söyləyib.
Qeyd edək ki, Necla Mursi baş örtüyü səbəbilə media və müxalifət tərəfindən əcnəbi heyətləri qarşılamaq məsələsində problem yaradacağına dair tənqidlərə məruz qalıb.
1962-ci ildə anadan olan Nəcla Mahmud Mursi 1979-cu ildə əmisi oğlu Məhəmməd Mursi ilə evlənib. 3 uşağı olan Nəcla Nursi Misirdəki “Müsəlman Qardaşlar”ın çətiri altında təhsil sahəsində fəaliyyət göstərib. Təvazökar biri kimi tanınan Nəcla Mursi həyat yoldaşı prezident olduqdan sonra da bu fəaliyyətlərini davam etdirəcəyini bildirib.