İyunun 27-də prezident İlham Əliyev magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədi ilə komissiya yaradılması haqqında sərəncam imzalayıb.
Komissiyanın sədri Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevdir.
Komissiyanın üzvləri:
Abid Şərifov – baş nazirin müavini
Ramil Usubov – daxili işlər naziri
Ziya Məmmədov – nəqliyyat naziri
Fikrət Məmmədov – ədliyyə naziri
Əli Əsədov – prezidentin iqtisadi məsələlər üzrə köməkçisi
Fuad Ələsgərov – Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri
Əli Həsənov – Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri
Şahin Əliyev – Prezident Administrasiyasının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri
Kərəm Həsənov – Əmlak Məsələləri Dövlət Komitəsinin sədri
Qərib Məmmədov – Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri
Hacıbala Abutalıbov – Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
Rövnəq Abdullayev – Dövlət Neft Şirkətinin prezidenti
Etibar Pirverdiyev – “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti
Qorxmaz Hüseynov – “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin prezidenti.
Sərəncamda Ali Məhkəmənin sədrinə və baş prokurora tövsiyə olunur ki, komissiyanın fəaliyyətində iştirak etsinlər.
Komissiya magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələləri araşdırmalı və iqtisadi, sosial və hüquqi aspektlərin qiymətləndirilməsinin nəticələrinə əsaslanan təkliflərini üç ay müddətində ölkə prezidentinə təqdim etməlidir.