Bakıda gənc qadının başını küçənin ortasında kəsdilər

İyunun 27-də Bakıda dəhşətli qətl hadisəsi baş verib. Suraxanı rayonunda, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış massivində Fikrət Cavadov adlı şəxs qeyri-rəsmi nikah münasibətində yaşadığı 1977-ci il təvəllüdlü Əminə Qədimovanı bıçaqlayaraq öldürüb.
Bakı şəhər Baş Polis İdarəsinin yaydığı məlumatda göstərilir ki, Fikrət Cavadov Sabirabad rayon sakinidir, hadisə isə qısqanclıq zəminində törədilib. Fikrət Cavadov Əminə Qədimovanın boğaz nahiyəsini bıçaqla kəsərək qətlə yetirib. Onu Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları həbs edib.
APA-nın məlumatına görə, hadisə küçənin ortasında baş verib. Olay baş verən zaman Ə.Qədimovanın azyaşlı övladı da yanında olub. Uşaq anasının qətlindən uşaq şoka düşüb. Ona tibbi yardım göstərildikdən sonra yaxınlarına təhvil verilib.
Faktla əlaqədar cinayət işi başlanılıb.