Bu gün Şamaxı rayonu ərazisində, Bakı-Şamaxı yolunun 106-cı kilometrliyində, Acıdərə adlanan ərazidə dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, “Holand” markalı, H02748 nömrəli betonqarışdıran yük maşını ilə 23 BF 484 nömrə nişanlı “VAZ 2106” toqquşub. Nəticədə minik avtomobilində olan 5 nəfər hadisə yerində ölüb. Daha 2 nəfərin isə hadisə şahidlərinin köməkliyi ilə xəstəxanaya aparıldığı bildirilir.
Ölənlər Göyçay rayon sakinləri olduğu deyilir. Fakt üzrə araşdırmalara başlanılıb.


