36 yaşlı kişi özünü iş yerində öldürdü

“Borclarımı ödəyə bilmirəm”

İyunun 27-nə keçən gecə Bakı şəhərinin Binəqədi rayonu ərazisində intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi 1 ünvanında yerləşən təkər təmiri sexində orada işləyən Kəlbəcər rayonundan məcburi köçkün 1976-cı il təvəllüdlü Abbasəliyev Əli Əkbər oğlunun tavandan asılı vəziyyətdə meyiti tapılıb.

Ə.Abbasəliyev özünü asmazdan əvvəl kağız parçasına son sözlərini də yazıb. O qeyd edib ki, xeyli miqdarda borcu var və pulu tapıb ödəyə bilmədiyinə görə özünü öldürmək qərarına gəlib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.