Ziya Məmmədovun 30 illik yolu 4 ilə dözmədi

ziya memmedovNazirin qürrələndiyi yarım milyardlıq Bakı-Quba yolu yenidən təmir olunur

Bakı-Quba-Rusiya avtomobil yolu yenidən təmir olunur. Beton örtüklər yeniləri ilə əvəz edilir. Yolun təmir olunmasının səbəbi əvvəlki beton örtüklərin dağılması ilə bağlıdır.
Bir müddət əvvəl yolun dağılması ilə bağlı məlumatlar mətbuatda da yer almışdı. Yada salaq ki, Bakı-Quba-Rusiya avtomobil yolu ən bahalı yol tikintisi layihələrindən biridir. Yolun tikintisinə 2008-ci ildən başlanılıb. Rəsmi məlumatlara görə, layihəyə ümumilikdə 545 milyon 287 min 800 manat xərclənib. Həmin vəsaitin 281 milyon 861 min 800 manatı Bakı-Quba Rusiya dövlət sərhədi avtomobil yolunun 120 kilometrlik hissəsinin təmirinə sərf olunub. Yerdə qalan 263 milyon 426 min manatla isə180 kilometr uzunluğunda beton örtüklü avtomobil yolu tikilib.
Nəqliyyat naziri Ziya Məmmədov bəyan etmişdi ki, bu yol 30 il davam edəcək. Lakin heç 4 il keçməmiş yolun təmirinə başlanılıb. Bu isə yolun keyfiyyətsizliyi barədə deyilənlərin həqiqət olduğunu göstərir. Əgər Nəqliyyat Nazirliyi bunu əksini deyirsə, o zaman təmirə ehtiyacın hansı zərurətdən yarandığına aydınlıq gətirməlidir.

Hikmət