Son əfv fərmanı ətrafında yaradılan “humanizm şousu”nu birgə izləyirik. Bu şounun iştirakçılarının əksəriyyəti isəAllah qoymasa, guya vətəndaş cəmiyyətini və müxalifəti təmsil edirlər.
Hətta içlərindən biri, yaşlı və xanım hüquq müdafiəçisi “Bu ilin sonunadək Azərbaycanda bir nəfər dəsiyasi məhbus qalmayacaq”- dedi. Guya əfv fərmanını bu verir. Ya da eləbil Vanqa nənə-zaddır.
Əslində Ilham Əliyevin son əfv fərmanında qeyri-adi, yeni heç nə axtarmağa dəyməz. Bu hakimiyyət siyasi və ictimai mövqeyinə görə həbsə atdığı insanları zatən bir il, ilyarımdan artıq saxlamır. Daha doğrusu, saxlamağa gücü çatmır. Yaxın keçmişin təcrübəsinə baxın, bir neçə il davam edən hansı siyasi həbsi xatırlayırsınız? Yalnız xüsusi nifrət, şəxsi qəzəbin dozasının daha yüksək olduğu siyasi məhbusları mümkün qədər çox içəridə saxlamağa meyllidir Ilham Əliyev. Biz indiyədək bunun xeyli nümunəsini görmüşük, hazırda da Nemət PənahlıvəVidadi Isgəndərlinin timsalında görürük. Onlara rejimin xüsusi qıcığı, acığı hüquq adına rəzalətdən başqa bir şey olmayan məhkəmə proseslərindən tutmuş son əfv fərmanınadək hər fürsətdə aydın hiss olundu. Şahin Həsənlinin əfv edilməməsi də rejimin AXCP-yə, onun sədrinə özəl nifretindən, kinindən irəli gəlir.
Dediyim odur ki, son əfv fərmanını hansısa humanizmin, rejimin azadlıqlara azğın münasibətinin dəyişməsi kimi qələmə verənlər getsin bu nağılları nəvə-nəticələrinədanışsınlar, Fuad Ələsgərovun kabinetinin tozunu almağa davam etsinlər. Rejim ənənəsinə sadiqdir, həmişəki ampluasındadır: bu tərəfdən siyasi məhbusları azad edir, o biri tərəfdə içəriyə yenilərini atır. Bir sözlə, müqəddəs yer boş qalmır. Əksi heç mümkün dədeyil. Bu cür oğru, talançı, saxtakar, qanunsuz sistemlər başqa heç cür öz varlıqlarını hiss etdirə bilməzlər.
Ümumiyyətlə, artıq bunu hər kəs yaddaşına möhkəm-möhkəm yazmalıdır: bu rejimdən humanizm və ədalət adına nəsə gözləmək yersizdir. Belələri sadəcə, özlərini gülməli vəziyyətə salırlar. Daha idbar, daha iyrənc görünürlər. Uşağın papağını oğulayıb sonradan onu özünə qaytarmaq nəvaxtdan humanizm olub? Insanı haqsız, günahsız yerə həbsə atıb onun ömründən oğurlamaq, sonra da həmin insanı“əfv” etmək humanizmdir?
Beləcə cəfəngiyyatlarla artıq heç kimi aldatmaq mümkün deyil. Fikir verdinizsə, son əfv fərmanını əvvəlkilərdən fərqli olaraq, beynəlxalq hüquq-müdafiə təşkilatlarıda xüsusi təntən əilə qarşılamadılar. Əvvəla, bu daha çox onların xidməti idi, onların basqılarının, təzyiqlərinin nəticəsi idi, özləri özlərini alqışlayası deyildilər. Ikincisi, artıq onlar da başa düşürlər ki, Ilham Əliyevi əfv fərmanlarına məcbur etmək uğur, irəliləyiş-zad deyil. Uğur, irəliləyiş olardıki, Ilham Əliyevə ümumiyyətlə, siyasi həbslər aparmaq imkanı verilməsin. Ilham Əliyev hər qanunsuz həbsin onun rejiminin ömrünü daha da azaltdığını, daha da acınacaqlı edəcəyini anlasın. Yoxsa bu “tut-burax” oyunları ilə heç uşaq başıda aldatmaq olmaz. Özünə hörməti olan, azacıq zəkası və vicdanıçatan belə oyunlardan hansısa “humanizm”, “hakimiyyətin demokratik islahatlara meyllənməsi” şouları düzəltməz, ya da belə şouların iştirakçısına çevrilməz.
Vəssalam!
Əli Ömərovun menyüsünə!
Əli Ömərov “Azadlıq”a yenə silsilə müsahibə verib. Adama elə gəlir ki, danışan yaxın tarixin ən çirkin, qanunsuz ssenarilərində rol almış bir baş prokuror deyil, məsumiyyət simvolu-filandır.
Mənim müsahibəni diqqətlə oxumağa hövsələm çatmadı, ümumiyyətlə, danışmağa bir neçə ay əvvəl beyqəfil, özü də uşaqlarının işsiz qalması, bununla bağlı cəhdlərinin səmərəsiz olması iləbaşlayan bir adamın dedikləri mənə nə maraqlıdır, nə də səmimi görünür.
Amma müsahibənin bir məqamına gözüm sataşdı, Elçibəyin adını görüncə həmin hissəni diqqətlə oxudum. Ömərov Elçibəyin həbsi ilə bağlı sanksiya haqqında danışarkən “Mən bu barədə danışmaq istəmirəm, keçmiş məsələdi”-zad deyib söhbəti ötüşdürməyəçalışır. Guya indiyədək çox danışıb vəbezib.
Xeyr, Əli müəllim, bu barədə sizdən həmişə soruşacaqlar, siz də həmişə danışacaqsınız. Özü də bezmədən. Sizin danışmaqdan bezdiyiniz məsələnin ucbatından 19 ildir millətin anası ağlayır, amma görün o heç bezirmi?

Vanqa nənəIlham Əliyevin əfv sərəncamı haqqında
•
•