İran səfirliyində yanğın olub

İranın Azərbaycandakı səfirliyində yanğın olub. Fövqəladə Hallar Nazirliyinin rəsmi saytı bildirir ki, Bakı şəhəri, Yasamal rayonunda İran İslam Respublikasının səfirliyinə məxsus ümumi sahəsi 1 ha olan ərazidə 2000 kv.m sahədə quru ot və ümumi sahəsi 42 kv.m olan taxta konstruksiyalardan ibarət kafe yanıb.

Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Alov yanğınsöndürənlər tərəfindən söndürülüb.