Yaxın Şərqdə səfərdə olan Rusiya prezidenti Vladimir Putin Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbasla görüşüb. Betleem şəhərində baş tutan görüşdə əsas müzakirə mövzusunun İsrail-Fələstin münaqişəsinin tənzimlənməsi olduğu bildirilir.
Rusiya ABŞ, Avropa Birliyi və BMT ilə birlikdə bu məsələnin həlli üzrə beynəlxalq vasitəçilərdən ibarət «dördlüyə» daxildir.
Görüşüdə Fələstin ərazisində sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılmasına dair ikitərəfli əməkdaşlıq da nəzərdən keçirilib.