NATO Türkiyəyə dəstək verdi

“NATO Türkiyəyə öz dəstəyini bildirir və türk hərbi təyyarəsini vuran Suriyanın hərəkətini qətiyyətlə pisləyir” Bu haqda Türkiyənin tələbi ilə Brüsseldə çağırılmış NATO iclasının sonunda  baş katib Rasmussen deyib. Rasmussen qeyd edib ki, Türkiyə-Suriya sərhəddindəki vəziyyəti diqqətlə izləyəcəklər.

İclasda NATO-nun kollektiv müdafiə mexanizmi ilə bağlı “5-ci maddə”yə baxılmayıb.  Ərdoğan deyib ki, Suriyanın hərəkəti cavabsız qalmayacaq, Suriya silahlı qüvvələri tərəfindən istənilən sərhəd pozuntusuna atəşlə cavab veriləcək.

Suriya tərəfi isə iddia edir ki, vurulan təyyarə ölkənin sərhədlərini pozub. Ankara qırıcı təyyarənin beynəlxalq hava məkanında xəbərdar edilmədən vurulmasını bildirir.

azadliq.info