Misirin yeni seçilmiş prezidenti Məhəmməd Mursinin bundan sonrakı fəaliyyətinə gənclər nəzarət edəcək. Misir gəncləri Mursinin seçki kampaniyası zamanı verdiyi vədlərin 100 gün ərzində hansını yerinə yetirdiyini qeydə alacaqlar. Bunun üçün morsimeter.com adlı sayt yaradılıb. Bu məqsədlə Facebookda açılan səhifənin artıq 20 min izləyicisi var.
Yeni prezidentin səhiyyə, təhlükəsizlik, işsizliklə mübarizə və s. mövzuda verdiyi 64 vədin hansılarınını yerinə yetiriləcəyi izləniləcək. Gənclər bildirir ki, onların fəaliyyətlərii heç bir partiya ilə bağlı deyil və təhlillər müstəqil aparılacaq.
azadliq.info