Metro qazıntısında tarixi yol tapıldı

Yunanıstanın Salonika şəhərində metro tikintisi zamanı aparılan qazıntılarda Qədim Roma abidəsi aşkarlanıb. 7 metrlik dərinlikdə tapılan daşdan tikilən tarixi yolun 1800 yaşı var. Yolun tərkibini təşkil edən mərmər daşlarda at arabası təkərlərinin izinə rastlanıb.  Qazıntı yerindən antik dövrə aid alətlər və mərmər kalonlar tapılıb.

Səyahət yolu kimi tikilən Qədim Roma magistralının altında ondan 500 il yaşlı olan yunan yolunun da qalıntıları aşkarlanıb.

Tarixi abidənin turistlərə göstərilməsi üçün yerin daha yuxarı təbəqəsinə qaldırılması planlaşdırlır. 2006-cı ildən başlayan metro tikintisi bir çox tarixi abidə ortaya çıxarsa da, bir neçə illik gecikməyə də səbəb olub.

azadliq.info