Ölkə başçısı Türkiyəyə işgüzar səfərə gedib
Azərbaycan prezidenti İlham Əliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 20 illik yubileyi sammitində iştirak etmək üçün Türkiyə Respublikasının İstanbul şəhərinə işgüzar səfərə yola düşüb. Məlumatı “AzərTAc” dövlət agentliyi yayıb. Məlumatına görə, dövlət başçısını Bakı aeroportunda baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar, İstanbulda isə Türkiyə rəsmiləri qarşılayıblar.
Şəkildən isə görünür ki, İlham Əliyevi İstanbul aeroportunda qarşılayanlardan biri də ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, hazırda Türkiyənin “Turcas” şirkətində vəzifə tutan Metyu Brayza olub.