Birləşmiş Ştatların nüfuzlu Massaçusets Texnoloji İnstitutunun (MİT) alimləri Azərbaycanda güclü zəlzələ riskləri barədə bu yaxınlarda ictimailəşmiş araşdırmaları ətrafında Bakıdakı spekulyasiyalardan ciddi narahatdırlar.
Söhbət «Journal of Natural Hazards»da İnstitutun Azərbaycan seysmoloqları ilə birlikdə Qafqaz və Xəzər sahillərində yer qabığında apardıqları araşdırmaların nəticələrinə dair məqalədən gedir.
Bakıda geoloqlar amerikalı həmkarlarının yeni zəlzələ gözləntilərini təkzib ediblər.
BBC-Azərbaycancaya müsahibəsində araşdırmanın həmməllifi elmlər doktoru Mike Floyd 10 ildən artıq Bakı və ətraf rayonlarda apardıqları geoloji müşahidənin başlıca nəticələrini izah edib.
“Journal of Natural Hazards”da dərc olunan məqalə geniş araşdırma-hesabatın qısaca xülasəsidir, tövsiyə edərdim ki, mövzu ilə maraqlananlar və fikir yürüdənlər bizim tədqiqatın əsli ilə tanış olsunlar”, deyib araşdırmaçı.
Amerikalı geoloqların mesajı
Sual: Bəs əslində sizin hesabatınız Bakıda necə “oxunmalıdır”: Orada əsas mesjaınız nə idi?
Cavab: Əsas mesaj odur ki, biz Kiçik Qafqaz dağlarının şimal kənarı ilə Abşeron Yarımadasına ətraf regon arasında yer səthinin hərəkət dərəcəsində dinamik fərq müşahidə edirik və əslində bu, müxtəlif səbəblərlə məsələn, dağ silsiləsində parallel sıxılmalar, Xəzər dənizi sahili baş verən yerdəyişmələr və yaxud da ikisinin kombinasiyası ilə izah oluna bilər.
Ancaq yerin bu cür diferensial hərəkətləməni necə həzm etməsinə dair alimlər arasında vahid yanaşma yoxdur və əslində nəinki qüsurlu yer struktularından konkret hansının bu mərhələdə aktiv olması, hətta onların mövcudluğuna dair elmi cameədə müəyyən fikir ayrılıqları mövcuddur.
Bu, deməyə imkan verir ki, konkret hansı ərazidə təhlil aparıb nəticə çıxarmaq üçün əlimizdə kifayət qədər bilgi yoxdur və bu, əlavə araşdırma üçün səbəb olaraq qalır.
Elm adamları olaraq biz sadəcə olaraq diqqəti potensial problemlərə çəkməyə, sənaye və dövlət strukturlarını mümkün təhlükəyə daha asan cava verə bilmək üçün əməkdaşlığa, əlavə tədqiqata cəlb etmək ümidi ilə sübutlar təqdm etməyə çalışırıq.
Çünki zəlzələ təhlükələrinə qarşı ən yaxşı mübarizə hazırlıqdan keçir, bu isə hər bir fərdin, hökumət və sənayenin məsuliyyətində olan bir işdir.
Araşdırmamızın mesajı da məhz elə bundan ibarətdir: Biz Abşeron Yarımadası və Kürboyu regionlarda zəlzələlərin potensialı barədə əlavə tədqiqat ə ümumi məlumatlandırmaya bir növ, çağırış edirik.
Təhlükə hər zaman var
Sual: Deməli Azərbaycanda tezliklə zəlzələ olacağı barədə təxminlərin əsası yoxdur?
Cavab: Nə “Journal of Natural Hazards”ın xülasəsində, nə də MİT-in xəbər bülletenində bizim zəlzələ “proqnzlaşdırmağa” çalışmağımız barədə işarəyə rast gəlinmir.
Ancaq əlbəttə ki Azərbaycan dağları və seysmik aktivliyi ilə zəlzələlərin baş verdiyi ölkə olaraq tanınır.
Şübhəsiz ki, insanlar bizim araşdırmaya münüasibət bildirməkdə sərbəstdirlər, ancaq potensial təbii fəlakət anında biz faktlardan imtina edib panikə yol açmaqdansa, ümumi məlumatlandrmanı və hazırlığı vacib sayırıq.
Ola bilsin ki, araşdırmamız Azərbaycan insanlarına potensial zəlzələ anında bəhrələnmək üçün yeni heç nə demir, Ancaq məsələn, 2000-ci ilin Noyabr ayında Bakı yaxınlığında baş vermiş zəlzələlər hələ də yaddaşlardadır.
Zəlzələlər bu regionda hər zaman mümkündür, ancaq gələcək təkanların konkret ünvanı və vaxtı barədə hər hansı gözlənti irəli sürmək, təxminlər hazırlamaq mümkünsüzdür.
Azərbaycanlı geoloqlar razı qalıbmış
Sual: Tədqiqatınıza Azərbaycanlı mütəxəssilərin də cəlb olunduğu xəbər verilir. Onların sizin təhlillərə reaksiyası necə idi?
Cavab: Azərbaycanlı həmkarlarla əməkdaşlığımız olduqca vacibdir. Onların dəstəyi olmadan bu işi ortaya qoya bilməzdik.
“The Journal of Natural Hazards”dakı yazı əslində onlarla birlikdə hazırlanıb və həmmüəlliflərin hər biri son versiyadan razılıqlarını ifadə ediblər.
Əslində araşdırmanın nəticələrinə heç kəs şübhə etmir, yəni Azərbaycanın cənubunda yerləşən bölgə ilə Avrasiya platosu arasında ildə 12 millimetr sürəti ilə tektonik irəliləmə gedib.
İnsanlar bu dəyişiklitin nətcələri barədə suallar irəli sürə, interpretsiyalar edə bilərlər.
Sual: Belədə araşdırmaçılar üçün növbəti addım nə olmalıdır? Vəziyyəti sadəcə monitor etmək?
Cavab: Hazırda biz müzakirə mərhələsindəyik və ümid edirik ki, Azərbaycan Milli Elmlər Akademiyasınnın Respublika Seysmoloji Tədqiqatlar Mərkəzinin alimləri ilə əlavə əmədaşlığa nail ola bilərik.
Bu, Bakı, region və ümumilikdə Azərbaycanboyu məlumatları toplamaq işində böyük addım olardı.
Gələcəkdə bütün azərbaycanlı həmkarlarımızla birlikdə çalışmaq imkanı yaranacağına ümid bəsləyirik.
Zəlzələyə necə hazırlaınmalı
Sual: Azərbaycanda baş verən zəlzələlərin ən vacib aspektlərini necə izah edərdiniz?
Zaqatala rayonu. 2012 ilin May zəlzələsindən sonra.
Cavab: Dediyim kimi, Azərbaycan qərbi Qafqaz boyunca, xüsusilə Şamaxı ətrafında zəlzələləri ilə olduqca məşhurdur.
Lakin bizim narahatlığımız və eləcə də araşdırmamız zamanı ortaya çıxan suallar Abşeron Yarımadası və Kür hövzəsi boyunca hansı təhlükələrin olması barədədir.
Bu bölgələrdə məsələn, Qafqaz dağlarının qərbində olduğu kimi, davamlı olaraq zəif yaxud dağıdıcı zəlzələlər barədə qeydər yoxdur.
Əlimizdə olan ən etibarlı məlumatlar ən yaxşı halda 2 əsrlik, ən pis halda isə 50 illik təkandan bəhs edir. Bu natamam bilgi gələcək gözləntiləri hesablamağa bəs etmir.
Sual: Ümumilikdə, orta azərbaycanlı özünü zəlzələyə necə hazırlamalıdır?
Cavab: Bir daha deyirəm, bizim araşdırmamız heç bir zəlzələ gözləntisindən bəhs etmir.
Zəlzələ hazırlığı üçün ən effektiv addımlar üçün isə ilk nöbədə ətraf mühitə nəzər salmaq lazımdır.
Orta azərbayanlının təkanlara hazırlığı barədə təkmil fikir yürütmək üçün zəıruri məlumata – yolların quruluşu, dəmir yolları və digər infrastruktur, binaların kodu, şəhər və rayonlararası təchizatı barədə yetərincə informasiyaya sahib deyiləm.
Ancaq əlbəttə ki biz hamımız zəlzələlər, daşqınlar, qasırğa və digər bu kimi təhlükələrlə dinamik olan planetin sakinləriyik və təcrübə də deyir ki, bu kimi vəziyyətlərdə əvvəldən qida və su tədarükü, dost-tanışla və ailədaxili kommunikasiyanı saxlamaq üçün planın mövcudluğu yaxşı fikirdir.
Kaliforniya, Türkiyə, Yaponiya və digər zəlzələyə meylli bölgələrdə bu kimi məsələlərə olduqca böyük diqqət ayrılır.
Bizim Azərbaycanlı həmkarlarımız da bu təşəbbüslər barədə yaxşı məlumatlııdırlar və onlardan zəlzələ zərərlərinin yüngülləşdirilməsi naminə öz strategiyalarının inkişafı işində istifadə edirlər. (BBC Azeri)