Iyunun 27-dən məruzəçilərin dəyişdirilməsi tələbi ilə Avropanın müxtəlif şəhərlərində piketlərə start veriləcək
Isveçrədə Azərbaycandan gedən mühacirlərin təsis etdiyi Beynəlxalq Haqq və Ədalət Hərəkatı iyunun 27-də Strasburqda Avropa Şurası Parlament Assambleyası önündə etiraz piketi keçirəcək. Bu barədə məlumatı Sülh və Demokratiya Institutunun direktoru Leyla Yunus verib.
Piketin əsas məqsədi AŞ PA həmməruzəçiləri Aqramunt və Qrexin Azərbaycana dair hazırladığı ilkin hesabata etiraz etmək və onların daha obyektiv məruzəçilərlə əvəz edilməsinə nail omlaqdır. Piketdən sonra hərəkatın AŞ PA prezidentinə və Monitorinq Komitəsinə ünvanladığı məktublar katibliyə təqdim ediləcək. Iyunun 30-da isə Beynəlxalq Haqq və Ədalət Hərəkatı Berndə Azərbaycan səfirliyi qarşısında Azərbaycandakı korrupsiya və insan haqlarının pozulmasına etiraz olaraq mitinq keçirəcək. Daha sonra hərəkat üzvləri digər Avropa ölkələri parlamentləri qarşısında piket keçirməyi planlaşdırır. Böyük ehtimalla növbəti aksiya Madriddə olacaq.
L.Yunusun sözlərinə görə, hərəkat üzvləri AŞ PA-nın deputatları ilə bir sıra görüşlər keçirib, həmçinin Sülh və Demokratiya Institutunun hazırladığı və vətəndaş cəmiyyəti, jurnalistlər, Ictimai Palata üzvlərinin imlazadığı məktubu da onlara təqdim edib. Məktubda həmməruzəçilərin fəaliyyətindən narazılıq ifadə olunur və onların hesabatlarının Azərbaycandakı real vəziyyəti əks etdirmədiyi vurğulanır.
Fizzə