Ştefan Füle: “Bizim prinsiplərimizdə güzəşt yoxdur”

İyunun 20-də keçirilən  Avropa Biriliyi və Azərbaycan parlament komitələrinin əməkdaşlığı görüşündə Avropa qonşuluq siyasətinin genişlənmə məsələləri üzrə Komissarı Ştefan Füle çıxış edib. Çıxış müsbət tonlarda olsa da, avropalı Komissar Azərbaycan hökümətinin ünvanına tənqidlər də ünvanlayıb.

Ştefan Fülenin çıxışından: “Biz dostlarla səmimi, açıq və şəffaf olmalıyıq. Biz son bir ildə Azərbaycanda insan haqlarının vəziyyətinin pisləşmə faktını alqışlaya bilmərik. Biz jurnalist və siyasi fəallar həbsdə qalanadək bu faktı alqışlaya bilmərik. Biz jurnalistlərin və hüquq müdafiəçilərinin qorxudulması ilə bağlı hərəkətləri alqışlaya bilmərik.

Bir şeyi dəqiqləşdirək: bizim prinsiplərimizdə güzəşt yoxdur. Müxtəlif səviyyələrdə olan təhlükəsizlik məsələləri alibi kimi istifadə edilməməlidir. Əvvəlki kimi Azərbaycan hökümətini islahatları davam etdirməyə, həmçinin gələn il keçiriləcək prezident seçkiləri üçün ədalətli və şəffaf şərait yaratmağa, ifadə azadlığı və KİV sahəsini yaxşılaşdırmağa çağırırıq”.

azadliq.info