Bəşər Əsəd erməni qadını nazir təyin etdi

Suriyanın yeni formalaşmış hökumətinin tərkibinə erməni qadın da daxil olub. “Qafqazinfo”nun məlumatına görə, erməni əsilli Nazira Fərəh Sarkis bu ölkənin yeni Ətraf Mühitin Müdafiəsi naziri təyin edilib.
Xatırladaq ki, iyunun 23-də prezident Bəşər Əsəd yeni hökuməti formalaşdırmışdı. Aparıcı nazirlər – müdafiə, daxili işlər və xarici işlər nazirləri öz postlarını qoruya bilmişdilər.