Kapital Bank: açıq səhmdar cəmiyyətdə qapalı iclas

Səhmdarları niyə oyundankənar vəziyyətdə qoydular?

“Kapital Bank”ın minoritar səhmdarları iyunun 18-də bankın səhmdarlarının ümumi yığıncağına çağırılmamaq bir yana, hətta ora buraxılmayıblar. Yığıncağın gündəliyində nizamnamə kapitalının artımı, ötən il üçün maliyyə hesabatının təsdiqi, Müşahidə Şurası və Auditor Komitəsinin tərkibində dəyişiklik məsələləri olub.
“Iki saata yaxın gözlədik və daxili telefonla bank rəhbərliyi ilə əlaqə saxlamaq istədik, amma bizə tədbir barədə məlumatı olmayan aşağı eşelon işçiləri cavab verdi və hər dəfə dedilər ki, rəhbərliyə xəbər verəcəklər və kimsə qarşımıza çıxacaq. Nəhayət, bankın sədr müavini Yaşar Əliyevin adından minoritarlara dedilər ki, iclasın nəticələri barədə onlara sonradan məlumat veriləcək, hələlik heç bir məlumat yoxdur”, – deyə bankın səhmdarı Vüqar Ismayılov “Turan”a bildirib.ÿ
Onun sözlərinə görə, minoritarları ötən illər də müxtəlif bəhanələrlə yığıncağa buraxmayıblar, hərçənd müvafiq məktub-bildiriş göndərilib. Bu dəfə məktub da olmadı və yığıncağın keçirildiyini KIV-dən öyrəndik (“Xalq qəzeti”, 1 may 2012- red.) – deyə bankın səhmdarı Ilham Məmmədəliyev bildirir. Bankın menecmenti ya Paşayevlər familiyasının arxasında gizlənərək Azərbaycan qanunvericiliyini saymır, ya da “bu, bankın indiki şəraitdə biznes aparmaq prinsipidir”,- deyə bankın “Turan”ın müxbirinə müraciət edən qəzəbli səhmdarları bildirib.ÿ
Bank müşahidəçilərinin fikrincə, bu cür hallar Azərbaycanda ailə bankları üçün xarakterikdir. Mövcud bankların yarıdan çoxu belədir, bank sisteminin kapitallaşmasının aşağı səviyyəsi də bununla bağlıdır.ÿ
Ümumi yığıncaqların çağırılması bu cür banklar üçün sırf formal xarakter daşıyır, bütün məsələlər dar ailə dairəsində həll edilir və menecment isə onları rəsmiləşdirir. Bu zaman təkcə bank qanunvericiliyi yox, korporativ idarəetmənin baza prinsipləri və Mülki Məcəllənin müvafiq müddəaları da pozulur. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində bu barədə məlumatları olmadığını deyərək vəziyyəti “Turan”a şərh etməyiblər. Və qeyd ediblər ki, əgər səhmdarlar yazılı mürtaciət etsələr, QKDK “Kapital Bank”da onların hüquqlarının pozulmasını araşdıracaq.ÿ
Bankın mətbuat xidmətində ümumi yığıncaqların çağırılması faktını təsdiq ediblər. Amma səhmdarların hüquqlarının pozulması ilə bağlı suala cavab verməyiblər.ÿ
“Kapital Bank” ASC 2008-ci ildə özəlləşdirilib. Qaydalara uyğun olaraq, əmək kollektivinin 2500-ə yaxın üzvü səhmlərin 2,5%-ni əldə edib. Bankın iri səhm paketlərinin “Ata Holding”, “Azersun Holding”, “Xalq Sigorta” və başqaları alıb. Amma sonradan paylar “Pasha Holding” MMC-yə satılıb. Sonradan bank əməkdaşları öz səhmlərini nominaldan +40% qiymətə – bir səhmi 14 manata satmağa məcbur olub. Hazırda səhm nəzarət paketi (99,98%) prezident Ilham Əliyevin qohumları Paşayevlər ailəsinin əlindədir. Qalan səhmlər 100 səhmdara məxsusdur. Bank özəlləşdiriləndən dividend vermir və NK-ı səhm emissiyası ilə hər il artırır. Minoritarların əldə etmədiyi səhmləri (güzəşt müddəti 3 gün) “Pasha Holding” alıb və bankın NK-da xüsusi çəkisini artırıb.

Iqtisadiyyat şöbəsi