Ərəstun Oruclu””Moskvanın əli” Qafqaz ölkələrinin “siyasi nəbzində” dayandıqca, belə demarşlar olacaq”
Türkmənistan rəhbərliyinin diplomatik demarşı və Xəzərdə mübahisəli yatağın işlənməsi niyyəti barədə bəyanat Kremlin Avropada qaz inhisarından ayrılmaq istəməməsinin nəticəsidir. Bunu “Şərq-Qərb” Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu “Obyektiv TV”-yə müsahibəsində deyib. Onun sözlərinə görə, təxribatda katalizator rolunu ABŞ dövlət katibi Hillari Klintonun Cənubi Qafqaz regionuna səfəri və region ölkələri ilə birgə layihələri dəstəkləməsi olub.
Onun gəlişindən əvvəl xarici işlər naziri Lavrov burada olub. O, birbaşa Azərbaycan rəhbərliyinə müraciət edərək “düşünməyi” və Qərbi Avropanın enerji təhlükəsizliyini təmin edən “Nabukko” qaz layihəsinə yol verməməyi tələb edib.
Bu cür səfərlər uzun müddət hazırlanır və müsbət nəticəyə hesablanır. Odur ki, Aşqabadın Xəzərdəki “Kəpəz” (“Sərdar”) mübahisəli yatağını işləməyə hazır olması barədə bəyanatı bəzi strateji məsələlərin həllində Azərbaycan hökumətinin Moskvadan yan keçməklə Klintonla prinsipial razılaşması haqda informasiyanın sızmasından xəbər verir.
“Nə qədər ki, ”Moskvanın əli” Qafqaz və Orta Asiya ölkələrinin “siyasi nəbzində” dayanacaq, hələ Iranı demirəm, nə qədər ki, həmin dövlətlərin daxili proseslərinə təsir göstərmək üçün real imkanları olacaq, biz tədricən bu cür demarşların şahidi olacağıq. Bu, diplomatiyada ümumqəbul olunmuş praktikadır. Odur ki, bu cür “gedişlərdə” ciddi hərbi və digər nəticələr irəlicədən görünmür”, – o vurğulaylb.


