Salyanda “İkarus” piyadanı vurdu

Hadisə nəticəsində piyada dünyasını dəyişib

Salyan rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. ANS PRESS-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, İyunun 23-də saat 03.40 radələrində Salyan rayonu ərazisində Lənkəran rayon sakini Mahir Məmmədov “İkarus” markalı avtomaşını idarə edərkən rayon sakini Elçin Abıyevi vurub. Piyadanın hadisə yerində dünyasını dəyişdiyi bildirilir.

anspress.com