Misirdə prezident seçkilərinin yekun nəticələri sabah elan olunacaq. Nəticələr keçən cümə axşamı elan edilməli olsa da, MSK bunu təxirə salmışdı. “Müsəlman qardaşlar”ın namizədi Məhəmməd Mursi qələbəsini elan etsə də, Mübarəkin keçmiş baş naziri Əhməd Şefik qələbəyə inamının olduğunu deyir.
Paytaxtın Təhrir meydanında hələ minlərlə etirazçı qalmaqdadır. Onlar hərbi rəhbərliyin parlamenti buraxmasına və qanunverici orqanın səlahiyyətlərini mənimsəməsinə etiraz edirlər.
azadliq.info


