Uşaq bağçaları Hacıbala Abutalıbovun da başını yeyə bilər
Ilham Əliyevin sədrliyi ilə “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda ölkə başçısı uşaq bağçalarından da danışdı.
“Mən çox narahatam və narahat idim ki, gələn siqnallar da onu göstərir, hətta uşaqlara heç o aşağı səviyyəli normativlər də, onlar da verilmir. Uşaqlar ya ac qalır, ya da ki, evlərindən özü ilə yemək gətirirlər”.
Əldə etdiyimiz məlumatlara görə, uşaq bağçaları təsadüfən Ilham Əliyevin yadına düşməyib. Bu, təhsil naziri Misir Mərdanovun “vurulması” planının tərkib hissəsidir. Ilham Əliyev təhsil nazirinin adını çəkməsə də, məhz onu yemək oğrusu adlandırıb. Ölkə başçısının artıq bu məsələləri Hacıbala Abutalıbova tapşırdığını deməsi və vəziyyətin düzəldiyini söyləməsi də ittihamların Misir Mərdanova yönəldiyini deməyə əsas verir: “Indi bu məsələlər paytaxtda Bakı Şəhər Icra Hakimiyyətinə həvalə edilibdir və çox ciddi göstərişlər verilmişdir ki, yemək məsələləri birinci planda olmalıdır. Hacıbala Abutalıbovun mənə verdiyi məlumata görə, bu sahədə dönüş yaranmışdır. Əlbəttə ki, bu məlumat inandırıcıdır. Ancaq mən valideynlərdən xahiş edirəm, əgər hər hansı bir bağçada yeməklə problem varsa, ya verilmir, ya keyfiyyətsiz verilir, Prezident Administrasiyasına və Bakı Şəhər Icra Hakimiyyətinə, Iqtisadi Inkişaf Nazirliyinə məlumat versinlər ki, biz bu məsələləri də həll edək”.Göründüyü kimi Ilham Əliyev Hacıbala Abutalıbova da inanmıram. Bir məqamı da qeyd edək ki, bu məsələ Bakı meri üçün də baş ağrısız ötüşməyə bilər. Nəzərə alsaq ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevdir və şikayət məktublarına məhz o nəzarət edir, bu halda Abutalıbovun vəziyyəti yaxşı olmaya bilər. Çünki PA rəhbərinin Bakı meri ilə münasibətləri ürəkaçan deyil və hər fürsətdə onu “vurmağa” çalışır.
Hikmət