QOÇ
Bu gün sizin üçün caxsıxıcı olacaq. Çətin ki, gün sizin əyləncə ilə bağlı istəklərinizi doğrultsun. Dostlarla, yaxınlarınızla dil tapmaq çətin olmayacaq. Ulduzlar yeni tanışlığı məsləhət görmür. Bircə onu yadda saxlayın ki, bugünkü hərəkətləriniz nəticəsiz qalmayacaq.
BUĞA
Yaşlı qohumlarla münasibətlərinizə diqqət yetirin. Çünki bu əlaqələrdə problemlərin olacağı gözlənilir. Münaqişədən qaçmağın yeganə yolu fitnəyə uymamaqdır. Alış-veriş üçün yaxşı gündür. Yaradıcılıq potensialınız artacaq.
ƏKIZLƏR
Günün sakit keçəcəyi bildirilir. Amma axşam çağı həyəcanlı dəqiqələr də istisna olunmur. Səhər saatları dostluq görüşləri, ümumiyyətlə, qeyri-rəsmi görüş üçün münasib zamandır. Siz ilk dəfə gördüyünüz adamla asanlıqla dil tapırsınız.
XƏRÇƏNG
Sizi çətin və gərgin gün gözləyir. Sizin probleminizin nədən ibarət olduğunu anlamaq çətindir. Yola çıxmaq üçün münasib gündür, ancaq gərək, kampaniyanızı düzgün seçəsiniz. Pula gəlincə, burada ehtiyatlılıq tələb olunur. Ya itkinin, ya da yersiz və uğursuz xərcləmələrin baş verəcəyi ehtimal edilir.
ŞIR
Çox uğurlu gündür. Demək olar ki, sizin üçün əhəmiyyətli olan bir sıra işlərdə nəticələr əldə edəcəksiniz. Bir də görəcəksiniz ki, bir çoxları sizdən nümunə götürərək gələcəyə ümidlə baxmağa çalışır. Ünsiyyət baxımından əla gündür, siz qarşınızdakını istənilən mövzuda inandıra biləcəksiniz.
QIZ
Riskli situasiyalardan kənar gəzin. Başqalarının əvəzinə öhdəlik götürməyin. Vacib işlərinizi də təxirə salmağınız məsləhətdir, çünki onları sona çatdırmaq imkanınız məhdud olacaq. Özünüzü qoruyun, gərginlik başağrısı gətirəcək. Ulduzlar nəinki qəhvə və spirtli içkiləri, hətta tünd çayı da məsləhət görmür.
TƏRƏZI
Bu gün özü ilə çox qayğı gətirəcək. Ətrafdakılardan məsləhət gözləməyə dəyməz. Bu günə romantik görüş təyin etməyin. Sizin üçün böyük məna kəsb edən adamla mübahisə etmək ehtimalı var. Günün ikinci yarısını ev işlərinə həsr edin. Bu gün bu işlər sizə sakitləşdirici təsir bağışlayacaq.
ƏQRƏB
Ailə münasibətləri getdikcə gərginləşəcək. Çox təəssüf ki, bu problemin yaranmasına səbəb pul olacaq. Sizə ünvanlanan iradlara görə yaxınlarınızı günahlandırmaqdansa, onların dedikləri ətrafında dərindən düşünməyiniz məsləhətdir.
OXATAN
Axşamüstü söhbətləşməyə ehtiyac duyduğunuz adamla görüş gözlənilir. Bu gün korlanmış münasibətləri bərpa edə bilərsiniz. Siz münasibətlərin qurulmasındakı zəif nöqtələri yaxşı bildiyinizdən bir çox şəxsi problemlərinizi yoluna qoya bilirsiniz.
OĞLAQ
Gün sizin istədiyiniz kimi olmayacaq. Günün birinci yarısını sizi maraqlandırmayan məsələlərin həllinə sərf etməli olacaqsınız. Çünki sizə etibar edərək vacib işlərini tapşıran adama qarşı vicdanlı olmağınız bekar qalmağa qoymayacaq.
DOLÇA
Çətin və darıxdırıcı gündür. Siz məcbur olub planlarınızı dəyişəcəksiniz və ürəyinizcə olmayan işlərlə məşğul olacaqsınız. Günün ən çətin hissəsi axşam saatlarıdır. Siz hərəkətlərinizə görə məsuliyyət daşımadan mübahisələrə şərait yaradacaqsınız.
BALIQLAR
Gün gücün bərpası, istirahət üçün yararlıdır. Axşam vacib məsələlər barədə dərindən düşünmək üçün münasib vaxtdır. Bu vaxt özünüzə müttəfiq taparaq sizi həyəcanlandıran mövzu ətrafında söhbət edə bilərsiniz. Belə vəzi yyədə təbii ki, mənəvi dəstək alacaqsınız.

Günün ulduz falı (23.06.12)
•