Avro-2012: İspaniya yarımfinalda

İyunun 23-də futbol üzrə Avropa Çempionatının ¼ mərhələsində növbəti oyun keçirilib. Yarımfinala adlamaq uğrunda bu dəfə İspaniya və Fransa milliləri mübarizə aparıb. Mübarizədən İspaniya millisi qalibiyyətlə ayrılıb. İspanlar Xabi Alonsonun 19-cu və 90-cı dəqiqələrdə vurduğu qollarla rəqibini 2:0 məğlub edib. İkinci qol 11 metrlik cərimə zəribəsindən vurulub.
İspaniya yarımfinalda Portuqaliya yığması ilə qarşılaşacaq.