Ağ ev rəhbəri respublikaçı rəqibinə qarşı demokratların keçmiş namizədi ilə birgə mübarizə aparacaq
ABŞ-da bu ilin noyabrında keçirilməsi planlaşdırılan prezident seçkilərində Respublikaçıların namizədi, Massaçusets ştatının keçmiş qubernatoru Mit Romniyə qarşı mübarizə aparacaq Ağ evin hazırki rəhbəri Barak Obama gözlənilməz, eyni zamanda “hiyləgər” taktikaya əl atıb. Obama seçki kampaniyası zamanı tərəfdarları və sadə vətəndaşlarla xüsusi əhəmiyyətli görüşlərə demokratların prezidentliyə keçmiş namizədi Con Kerri ilə hazırlaşacaq.
2004-cü il prezident seçkilərində o zamankı ölkə başçısı Corc Buşa qarşı yarışan demokratların namizədi senator Kerry eynilə Obamanın rəqibi Romni kimi həddindən artıq zənginliyi, gözlənilməz açıqlamaları və xalqla məsafə saxlamadığın görə tənqid olunurdu. Obamanın seçki kampaniyasının təşkilatçıları bu oxşarlıqlar səbəbiylə Kerriyə üz tutmalı olublar. ABŞ prezidentinin məsləhətçilərindən biri Devid Aleksrod Kerrinin prezident namizədliyi məsələsində daha çox təcrübəsinin olduğunu vurğulayıb.
azadliq.info