Hər zaman bir-birilə ziddiyətdə olan müsəlamn və yəhudi icmaları birgə iş görərək, qələbə qazanıblar. Hollandiyada narkoz vurulmadan heyvan kəsilməsini qadağan edən edən qanun layihəsi parlamentdə rədd edilib. Hər iki icmanın birgə lobbi fəaliyyəti nəticəsində Senat üzvləri qanunun layihəsinin əleyhinə səs veriblər.
Rotterdam univeristetinin professoru Özcan Hıdır deyir ki, bu qərar qəbul ediləcəyi təqdirdə ölkədə yaşayan bir milyon müsəlmanın və 40 min yəhudinin heyvan kəsmək hüququnu məhdudlaşdıracaqdı. “Qanun layihəsi ancaq müsəlmanları əhatə etsəydi, zənn edirəm ki, Senatda rədd edilməzdi. Maddələrin yəhudiləri də əhatə etməsi müsəlmanların leyhinə oldu”.
azadliq.info


