Misirin Təhrir meydanında “Müsəlman qardaşlar”ın çağırırşı ilə keçirilən etiraz mitinqinə minlərlə adam toplaşıb. Hərbçilərin parlamenti buraxmasına və qanunvericilik orqanının səlahiyyətlərini mənimsəməsinə etiraz edən misirlilər qərarın dəyişdirilməsini istəyir.
Mitinqə islamçılarla yanaşı sol müxalifət də dəstək verib. Parlamentin səlahiyyətini ləğv edən Konstitusiya məhkəməsi isə qərarın vacib olması haqda açıqlama verib.
“Müsəlman qardaşları”nın prezidentliyə namizədi Məhəmməd Mursi seçkidə özünün qalib gəldiyini elan etsə də, Mübarəkin keçmiş baş naziri Əhməd Şefik seçkini udduğuna əmindir. Hərbi idarəetmə səlahiyyətlərini siyasi hakimiyyətə ötürməsə, Misir ikinci inqilabla üz-üzə qala bilər.
azadliq.info