QOÇ
Özünüzə diqqət yetirməyiniz məsləhətdir. Yeni və həyəcanlı məhəbbət macərasına hazırlıqlı olun. Digər tərəfdən, yenilik etmə həvəsi sizi maraqlı mühitə gətirib çıxaracaq. Bu sferada yeni tanışlıqlar gözlənilir.
BUĞA
Romantik həyatınızda dikbaş davranışlarınız üzündən münasibətləriniz korlana bilər. Ulduzlar bildirir ki, dikbaşlıq bu bürcün təməl xüsusiyyətlərindəndir. Ümumiyyətlə, ulduzlar bu gün bürcün evli nümayəndələrini həyat yoldaşlarıyla münasibətlərinə fikir verməyə çağırır.
ƏKIZLƏR
Qurduğunuz münasibətlərdə dürüst ola bilmirsiniz və əsəbi davranışlarla ətrafdakıları özünüzdən uzaqlaşdırırsınız. Bununla bağlı bəzi hadisələr başınıza bəla aça bilər, diqqətli olun. Zehni yorğunluq da istisna edilmir.
XƏRÇƏNG
Bu gün çox mülayim davranışlarınız incik qalmağınıza səbəb olacaq. Şəxsi münasibətlərdə məntiqi davranışlar tələb olunur. Əgər istirahət etsəniz və başınızı dəyişik məşğuliyyətlərlə qarışdıra bilsəniz, günün neqativ tendensiyalarından uzaq olarsınız.
ŞIR
Bu gün bəzi duyğularınıza əmin ola bilmirsiniz. Ətrafdan gələn xəbərdarlıqlardan da çox tez təsirlənirsiniz. Düşüncələriniz sizi çaşdıracaq, sanki özünüzü ruhi sarsıntı keçirən və ya depressiya yaşayan adam kimi hiss edəcəksiniz. Bu gün şəxsi müstəvidə də qısqanclığa meylli olacaqsınız.
QIZ
Ulduzlar sizi bir az da hisslərinizə güvənməyə çağırır. Sırf inadkarlıq üzündən münasibətlərinizə zərər verirsiniz. Əslində isə sizin inad etdiyiniz mövzu hər kəsin bildiyi və doğruluğu isbat edilmiş məsələlərdir.
TƏRƏZI
Bu gün sizdə özünüzə qarşı daha eqoist istəklər baş qaldıracaq. Ulduzlar sizə daha mülayim olmağı tövsiyə edir. Yumşaq rəftarlarla əlaqələri möhkəmləndirmək mümkündür.
ƏQRƏB
Həyəcanlısınız. Davranışlarınızda ehtiraslı hərəkətlər nümayiş etdirəcəksiniz. Amma romantik əlaqədə olduğunuz adamı düşüncələrini dəyişməyə məcbur etməməlisiniz.
OXATAN
Yaxınlarınızla sevgi dolu əlaqələr qurmaq arzusundasınız. Yeni tanışlıq da gözlənilir. Haqsızlığa dözə bilmir və insanlara kömək etmək məqsədilə çalışırsınız. Bəzi mənfi halların ortadan qalxması sizə yüksəlmək şansı verəcək.
OĞLAQ
Bu gün peşənizi və işinizi sevirsiniz. Sənət və gözəllik aşiqi olmaqla yanaşı, sevdiyiniz adama qarşı da mülayim davranırsınız. Eşq aləmində bəzi kədərli hadisələr yaşayacağınız ehtimalı olunur. Yaxşı olar ki, mübariz olasınız.
DOLÇA
Işlərinizi idarə edə bilməməyiniz sizi təbdən çıxarır. Ulduzlar isə bildirir ki, səy göstərsəniz istədiyiniz məsələdə uğur qazana bilərsiniz. Görüşlərinizin yaxşı keçəcəyi bildirilir. Düşüncələrə dalmasanız, zamanınızı maraqlı keçirə bilərsiniz.
BALIQLAR
Bugünkü tələskənliyiniz enerjinizi səhv yola istiqamətləndirəcək. Bu üzdən əsəbi olacaqsınız. Bu gün kimsə sizə qarşı pis niyyətlə davranmayacaq. Səhhətində problemlər olan yaxınlarınızın durumu yaxşılaşacaq.

Günün ulduz falı (22.06.12)
•