Avropa Parlamentində Qarabağla bağlı xüsusi iclas

Avropa Parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsi iyunun 20-də Dağlıq Qarabağ ətrafında vəziyyətə və münaqişənin nizamlanmasında Avropa Ittifaqının roluna dair xüsusi iclas keçirib. AI-nin Cənubi Qafqazda münaqişələr üzrə xüsusi nümayəndəsi Filipp Lefort regionda cari durumu deputatların nəzərinə çatdırıb və AI-nin münaqişənin nizamlanmasına doğru irəliləməkdə tərəflərə yardım göstərməyə hazır olduğunu bildirib.
Lakin o qeyd edib ki, məsələnin həlli Azərbaycan və Ermənistan rəhbərlərinin siyasi iradəsindən asılıdır.  
Komitə sədri Arno Dancan bildirib ki, Dağlıq Qarabağ ətrafında vəziyyət komitəni və parlamenti narahat edir.
Sonra London Kral Kollecinin Müdafiə araşdırmaları Departamentindən olan Treysi Germanın məruzəsi dinlənilib.
Polşa Şərqi Araşdırmalar Mərkəzinin direktor müavini Adam Eberhardt Azərbaycan və Ermənistandakı vəziyyət barədə komitəyə məlumat verib.
NPO LINKS direktoru Dennis Sammut münaqişənin nizamlanmasında AI-nin rolundan danışıb. Sammut Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində öz rolunu artırmaq üçün AI-nin işinə dair on təklif təqdim edib.