“Transanadolu” sazişi gələn həftə imzalanacaq

Gələn həftə Azərbaycan və Türkiyə arasında Transanadolu qaz kəməri (TANAP) layihəsi ilə bağlı hökumətlərarası saziş imzalanacaq.

APA-nın «Reuters» agentliyinə istinadən məlumatına görə, bunu Türkiyə hökumətinin rəsmiləri bildiriblər.
«İmzalanacaq sənəd layihəsinin hazırlanması ilə bağlı işlər artıq son mərhələdədir. Hökumətlərarası sazişin gələn həftə İstanbulda imzalanması planlaşdırılır», – deyə Ankaradakı məlumatlı mənbə bildirib.

Digər rəsmi mənbələrin məlumatına görə isə, imzalanma mərasimi iyunun 26-da Azərbaycan prezidenti İlham Əliyev və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdəğoanın iştirakı ilə keçirilə bilər.