İlk yarımfinalçı kim olacaq?

Bu gün AVRO-2012-nin ¼ final mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, ilk yarımfinalçı Çexiya və Portuqaliya arasında oyunda müəyyənləşəcək.

A qrupunun qalibi olan çexiyalılar da, B qrupunda 2-ci olan portuqaliyalılar da Polşa və Ukraynadakı yarışda eyni tale yaşayıblar. İlk oyunlarında məğlub olan rəqiblər növbəti 2 turda qələbələri sıralayıblar. Nəticədə hər 2 komanda 1/4 finala 6 xalla yüksəlib.

Bu matç Çexiya və Portuqaliya arasında 3-cü duel olacaq. Əvvəlki hər 2 görüş də Avropa çempionatlarının final mərhələlərinə təsadüf edib. 1996-cı ildə 1/4 finalda sevinən slavyanlar olub. Həmin vaxt onlar 1:0 hesabı ilə qalib gəlib. 2008-ci ildə isə rəqiblərin yolu qrup mərhələsində kəsişib. Bu dəfə pireneylilər üstün olub – 3:1.

AVRO-2012

Final mərhələsi
1/4 final

23:45. ÇEXİYA – PORTUQALİYA
Baş hakim: Hovard Uebb (İngiltərə).
Varşava. Milli stadion